Polşalı ekspertlər Topçubaşov Mərkəzini ziyarət edib
Dekabrın 8-də Polşanın Şərq Tədqiqatları Mərkəzinin (OSW) ekspertləri Voytsex Qoretski (Wojciech Górecki) və Kasper Oxman (Kacper Ochman) Polşanın Azərbaycandakı səfirliyinin katibi Karol Kumalskinin (Karol Kumalski) müşayiəti ilə Topçubaşov Mərkəzini ziyarət edib. Cənubi Qafqazda gedən siyasi proseslərlə bağlı məlumat toplamaq üçün Azərbaycana səfər edən polyak mütəxəssislər Mərkəzin nümayəndələri Rusif Hüseynov və Məhəmməd Məmmədov ilə görüşüb, tərəflər maraqlı müzakirələr aparıblar.
Mərkəzlər arasında əməkdaşlıq və birgə layihələr də danışılıb və ilkin olaraq razılaşdırılıb.