Murad Muradov beynəlxalq konfransda çıxış edib
19 noyabr tarixində Topçubaşov Mərkəzinin direktor müavini Murad Muradov Almatı şəhərində hibrid formatda keçirilən “Türk Dövlətləri Təşkilatı: strateji baxış və taktiki addımlar” adlı konfransda çıxış edib. Konfrans Qazaxıstanda fəaliyyət göstərən Siyasi Araşdırmalar Mərkəzi tərəfindən təşkil edilmişdir.
Konfransda Türk Dövlətləri Təşkilatının inkişaf perspektivləri, iqtisadi, investisiya və elmi əməkdaşlığın fəallaşdırılması üçün mexanizmlər və digər məsələlər Qazaxıstan, Azərbaycan, Özbəkistan, Qırğızıstan və Ukrayna mütəxəssisləri tərəfindən əhatə olunmuşdur.
Murad Muradovun çıxışı “Türk Dövlətləri Təşkilatının inkişafında Azərbaycanın baxışı” mövzusuna həsr olunub.