Koronavirus və qlobal dəyişikliklər: Çin – qalib, yoxsa məğlub?
Bəzi şərhçilər belə bir nəticəyə gəlməyə tələsirdilər: pandemiyanı qlobal müharibə ilə müqayisə etsək, o zaman səhiyyə sistemlərinin gücü tükənən Qərb ölkələrindən fərqli olaraq virusun qarşısını nisbətən daha tez almağı bacaran Çin bu savaşdan qalib gəldi. Bu baxış bucağı çox cəlbedicilik qazandı, lakin nə qədər doğrudur? Mənim zənnimcə, nəticələr daha mürəkkəb ola bilər.
Əksər böyük ölkələrin iqtisadiyyatları bu il kiçilməyə məcburdur və əgər karantin bir, maksimum iki aydan sonra qaldırılmasa, illik ÜDM-in azalması iki rəqəmli faizlərlərlə ölçülə bilər. Bu, hamı, xüsusən bir ay əvvəl rekord səviyyədə işsizlik faizləri ilə öyünən ABŞ Prezidenti Donald Tramp üçün böyük bir şok olacaq. Pandemiya zəiflədikcə zərər görmüş iqtisadiyyatların bərpası problemi daha da genişlənəcək və bu zaman bir vaxtlar Çinə köçürülmüş istehsal sahələrinin Qərbə qaytarılması arqumenti qalib gələ bilər. Bu tədbir, sırf iqtisadi zəmində deyil, həm də Çinə artan inamsızlıq və Pekindən idxal olunan böyük önəm daşıyan məhsuldan asılı olmaqda istəksizlik mövzusu baxımından da ehtimal ki, Trampa yaxın olan dairələr, avroseptiklər və ümumiyyətlə sağ yönümlü siyasətçilər tərəfindən müdafiə edilə bilər. Bəzi fikirlər Çinin həqiqi məlumatları gizlətməsinin əvəzini ödəməsində təkid edir; lazımı tədbirləri vaxtında görülməsi minlərlə həyat xilas edə bilərdi. Ölümlərin sayının artması bu baxışları populyarlaşdıraraq Çinin Qərblə hər cür işini çətinləşdirə bilər. Beləliklə, koronavirus böhranı qlobal siyasətdə daha böyük qarşıdurmanın və gözlənilməz qlobal vəziyyətin xəbərçisi ola bilər; biz artıq Qərbin Çin sərmayəsini Afrika, Cənubi Asiya, Latın Amerika kimi bölgələrdən və bazarlardan çıxartmaq cəhdlərini görə bilərik.