Koronavirus və qlobal dəyişikliklər: İnformasiya hüququnun artan əhəmiyyəti
Koronavirus pandemiyası və ölkələrin virusun yayılmasına qarşı reaksiyaları dünyanı elə bir nöqtəyə gətirdi ki, artıq keçmiş dünyaya geri dönüş mümkün deyil. Böhranın ortasında olmağımız bəzi mövzular şişirtsə də, hökumətlərin müdaxiləsinin miqyası baş verən bəzi dəyişikliklərin geridönülməz olacağını göstərir. Uzunmüddətli təsirlərə malik bəzi tendensiyalara nəzər yetirərək onları dəyərləndirək.
İnformasiya və məlumat (data) artıq sıradan alətlər deyil; onlar nəfəs aldığımız havaya çevrilmişdir. Bir tərəfdən Çinin epidemiyanı hələ ki dayandırmaq mümkün olduğu zaman Uhandakı vəziyyətin əsl ağırlığını nümayiş etdirməməsi, digər tərəfdən isə böyük miqdarda məlumat izləməsinə güvənən bəzi Asiya ölkələrinin – Honq-Konq, Tayvan və Cənubi Koreyanı təhlükəni çox ağır qadağalar tətbiq etmədən nəzarət altında saxlaya bilməsi müxtəlif növ vacib məlumatların əlçatanlığını beynəlxalq əhəmiyyətli məsələyə çevirəcək. Beynəlxalq təşkilatlar informasiya bölüşdürülməsi üzrə yeni standartların qəbul olunması (bunlar hələlik ancaq kütləvi qırğın silahları kimi müəyyən dar sahələrdə mövcuddur) və onlara riayət olunmamasına görə sanksiya mexanizmlərinin yaradılması ilə məşğul olacaq. Bu, informasiyaya çıxışın məhdud olduğundan faydalanan bir sıra bizneslərin maraqlarına ziyan vuracağına görə şiddətli siyasi qarşıdurmalara gətirib çıxara bilər.