Adam Raykardt
Ekspert
Adam Raykardt “Yeni Şərqi Avropa” platformasının baş redaktorudur. Eyni zamanda “Mərkəzi Avropa Beynəlxalq və Strateji Araşdırmalar” jurnalının redaktorlar heyətinin üzvüdür. O, 8 il Vaşinqtonda dövlət idarəçiliyi sahəsində çalışmış, hal-hazırda Polşanın Krakov şəhərində yaşayır.
Raykardt ABŞ-ın Corc Meyson Universitetində İctimai və Qeyri-kommersiya sektorlarında Dövlət İdarəetməsi ixtisası üzrə magistr, Vinskonsin Universitetində (Stivens Poynt) isə Politologiya və Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr dərəcəsinin məzunudur.
O, 2013-cü ildə o, “Yeni Şərqi Avropa”dakı fəaliyyətinə görə “Redaktorluq” kateqoriyası üzrə Avropa Mətbuat Mükafatına layiq görülmüş, 2014-cü ildə regionun əsas innovatorlarının qeydə alındığı “Yeni Avropa - 100” siyahısına salınmışdır