Mauritsio Geri

Ekspert

Dr. Mauritsio Geri müxtəlif QHT-lər, akademiyalar, beyin mərkəzləri və beynəlxalq institutlarda iyirmi illik təcrübəyə malik beynəlxalq təhlükəsizlik üzrə strateji analitikdir, Dr. Geri müxtəlif NATO qurumları, o cümlədən İtaliyada "CMRE", ABŞ-da "ACT" və Brüsseldəki baş qərargahda analitik olaraq çalışıb.

O, 2024-cü ildə Vaşinqtonun Corc Meyson Universitetində, 2025-ci ildə Brüsseldə Alman Marşal Fondu və Virje Universitetində və nəhayət, 2026-cı ildə Venesiyanın Ca' Foscari Universitetində enerji resursları və iqlim təhlükəsizliyi məsələlərinin fonunda Rusiya-Çin hibrid müharibəsinin qarşısını almaq üçün Aİ və NATO arasında xüsusi texnologiyaların inşası üzərinə əməkdaşlığı araşdırmaq üçün Mariya Küri post-doktoral təqaüdünə layiq görülüb.

Doktor Geri ABŞ-da Media və Sülh Təşəbbüsləri Mərkəzinin, İtaliyada Təhlükəsizliyin Öyrənilməsi üzrə Beynəlxalq Qrupun və Azərbaycanda Topçubaşov Mərkəzinin əməkdaşıdır. O, ABŞ-dakı Karter Mərkəzi, İtaliyanın Müdafiə İnnovasiyaları Mərkəzi, Avro Körfəz İnformasiya Mərkəzi və Trendlər Araşdırma və Məsləhətçiliyi daxil olmaqla müxtəlif tədqiqat mərkəzlərində təcrübəyə malikdir.

Doktor Geri Virciniyadakı Old Dominion Universitetində Beynəlxalq Təhlükəsizlik üzrə fəlsəfə doktoru, İtaliyanın Florensiya Universitetində Mədəniyyətşünaslıq üzrə magistr və Beynəlxalq Münasibətlər üzrə bakalavr dərəcəsinə malikdir.  O, həm akademik, həm də publisitik üslubda yazılmış bir kitab və bir neçə məqalənin müəllifidir. 

Copyright © Top-center.org