Andreas Umland

Ekspert

Dr. Andreas Umland müasir Rusiya və Ukrayna tarixi üzrə ixtisaslaşmış alman politoloq, tarixçi və rus dili tərcüməçisidir. O, Bavariyada yerləşən Ayxştatt-İnqolşdadt Katolik Universitetinin Mərkəzi və Şərqi Avropa Araşdırmaları İnstitutunun (ZIMOS) üzvü və Kiyev-Moqila Akademiyası Milli Universitetinin Siyasi Elmlər fakültəsinin dosentidir. Dr. Umland 2014-cü ildən bəri Kiyevdəki Avroatlantik Əməkdaşlıq İnstitutunun baş elmi işçisi, “İbidem Press” (Ştuttqart) və “Kolambiya Yuniversiti Press” (Nyu-York) tərəfindən nəşr olunan “Sovet və Post-Sovet Siyasəti və Cəmiyyəti” adlı kitab seriyasının redaktorudur. Dr. Umland Stanford, Harvard, Oksford və Ural Dövlət universitetlərində mühazirələr oxumuşdur. Dr. Umland həmçinin Valday Müzakirə Klubunun iştirakçısı, Ukrayna Parlamentinin Avropa İnteqrasiya Komitəsinin Akademik Məşvərət Şurasının üzvü, "Forum noveyşey vostoçnoyevropeyskoy istorii i kulturı" veb-jurnalının redaktorudur.

 

Copyright © Top-center.org