Turan Qafarlı
Ekspert
Turan Qafarlı, “TRT-Dünya” Araşdırma Mərkəzində tədqiqatçıdır. O, Londonun Kuin Meri Universitetindən tarix və siyasət üzrə bakalavr və London Universitet Kollecindən transmilli tədqiqatlar üzrə magistr dərəcəsinə sahibdir. Diplom işinin mövzusu “Qloballaşma əsrində milli dövlət: Türkiyənin 1996-2016-cı illərdə çağdaş yolu” olmuşdur.
Turan Lordlar Palatasında Liberal Demokrat Partiyasının Xəzinədarı Lord German üçün tədqiqatçı olaraq çalışmış, Türk Şurası, Avropa Şurası və Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki nümayəndəliyində təcrübə keçmiştir.
Tədqiqat sahələri Avrasiya və Cənubi Qafqaz, Türk dünyası, qloballaşma və milli dövlət mübahisələrini əhatə edir. O, həmçinin “Azərbaycan və Birləşmiş Krallıq - 100 illik Tərəfdaşlıq” adlı kitabda (2019) fəsil müəllifidir. Turan eyni zamanda Kral Beynəlxalq Münasibətlər İnstitutunun (Çethəm Haus) üzvüdür.