Topçubaşov Mərkəzi
Xəbər 1 dəq. oxu

Topçubaşov Mərkəzi Sarayevo Təhlükəsizlik Konfransında panel keçirib

Topçubaşov Mərkəzi Sarayevo Təhlükəsizlik Konfransında panel keçirib
Dərc olunub

Məqaləni dinlə Süni intellekt səsi ilə

6 sentyabr 2026-cı il tarixində Topçubaşov Mərkəzi 2026-cı il Sarayevo Təhlükəsizlik Konfransı çərçivəsində Cənubi Qafqazın dəyişən geosiyasi mənzərəsini müzakirə etmək məqsədilə ekspertləri bir araya gətirən panelə ev sahibliyi edib.

Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynovun moderatorluğu ilə keçirilən “İki od arasında Cənubi Qafqaz: Rusiya-Ukrayna müharibəsi və İran böhranı fonunda regional sabitlik” adlı müzakirədə Azərbaycanın ABŞ-dakı keçmiş səfiri və Straife şirkətinin idarəedici direktoru Metyu Brayza, Hudson İnstitutunun Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru Mayk Doran və İnkişaf və Diplomatiya İnstitutunun (IDD) Siyasət Araşdırmaları, Təhlil və Nəşrlər üzrə direktoru Damyan Krnyeviç Miskoviç iştirak ediblər.

Panel zamanı Ermənistan, Azərbaycan və Gürcüstanın Rusiya-Ukrayna müharibəsi və İran böhranı fonunda, eləcə də böyük güclərlə münasibətlər çərçivəsində xarici siyasətlərini və regional mövqelərini necə yenidən nəzərdən keçirdikləri müzakirə olunub.

Natiqlər həmçinin ölkələrin suverenlik və strateji manevr imkanlarını gücləndirmək səylərinə toxunaraq, əlaqələndirici və nəqliyyat layihələrinin regionun strateji mühitinin formalaşmasında artan rolunu vurğulayıblar. Xüsusi diqqət Azərbaycanın artan geosiyasi əhəmiyyətinə və formalaşmaqda olan regional düzənin müəyyənləşdirilməsində roluna yönəldilib.

Oxşar yazılar

Xəbər

Murad Muradov İyan Bond ilə görüşüb

5 noyabr 2026-cı il tarixində Topçubaşov Mərkəzinin direktor müavini Murad Muradov Londonda və Brüsseldə fəaliyyət göstərən Avropa İslahatları Mərkəzinin (Centre for European Reform) direktor müavini İyan Bond ilə görüşüb. Görüş zamanı Azərbaycan-Böyük Britani...

7 noyabr 2026

Xəbər

Vüsal Səfərli kitab təqdimat mərasimində iştirak edib

3 noyabr 2026-cı il tarixində Topçubaşov Mərkəzinin Kommunikasiya və İctimaiyyətlə Əlaqələr üzrə meneceri Vüsal Səfərli ABŞ ordusunun təqaüddə olan polkovniki Liam Kollins və mayor Con Spenser həmmüəllifi olduqları “Qarabağ uğrunda müharibə: Strategiya, texnol...

3 noyabr 2026

Xəbər

Murad Muradov "RUSI"-ni ziyarət edib edib

2 noyabr 2026-cı il tarixində Topçubaşov Mərkəzinin direktor müavini Murad Muradov Böyük Britaniyanın və dünyanın ilk beyin mərkəzi olan "Royal United Services Institute"-u (RUSI) ziyarət edib. O, institutun Beynəlxalq Təhlükəsizlik Araşdırmaları qrupunun nüma...

3 noyabr 2026

Xəbər

Murad Muradov Belçikada keçirilən forumda çıxış edib

27 oktyabr 2026-cı il tarixində Topçubaşov Mərkəzinin direktor müavini Murad Muradov Brüsseldə keçirilən “Azərbaycan və Avropa İttifaqı: Yeni perspektivlər” mövzulu Azərbaycan–Avropa İttifaqı Beyin Mərkəzləri Forumunda iştirak edib. Forum Beynəlxalq Münasibətl...

28 oktyabr 2026

Xəbər

Rusif Hüseynov Ramsfeld təqaüdü ilə ABŞ-da səfərdədir

13 oktyabr 2026-cı il tarixində Rusif Hüseynov ABŞ-da Ramsfeld Fondunun təşkil etdiyi CAMCA təqaüd proqramına başlayıb. Bu proqram çərçivəsində Vaşinqtonda yerləşən siyasətçilər, beyin mərkəzləri və ekspertlər ilə görüş nəzərdə tutulur. 2008-ci ildə təsis edil...

19 oktyabr 2026

Xəbər

Murad Muradov Fransada keçirilən konfransda çıxış edib

14 oktyabr 2026-cı il tarixində Topçubaşov Mərkəzinin direktor müavini Murad Muradov Fransanın Beynəlxalq və Strateji Münasibətlər İnstitutu (IRIS) tərəfindən Parisdə təşkil olunan “Azərbaycan və onun geosiyasi mühiti: çağırışlar və perspektivlər” adlı konfran...

15 oktyabr 2026

Xəbər

Polşa səfiri Topçubaşov Mərkəzini ziyarət edib

9 oktyabr 2026-cı il tarixində Polşa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Pavel Radomski və katib Sezari Skotçilas Topçubaşov Mərkəzini ziyarət ediblər. Qonaqları Mərkəzin direktoru Rusif Hüseynov qəbul edib. Görüş zama...

9 oktyabr 2026