Topçubaşov Mərkəzi
Xəbər 1 dəq. oxu

Vüsal Səfərli kitab təqdimat mərasimində iştirak edib

Vüsal Səfərli kitab təqdimat mərasimində iştirak edib
Dərc olunub

Məqaləni dinlə Süni intellekt səsi ilə

3 noyabr 2026-cı il tarixində Topçubaşov Mərkəzinin Kommunikasiya və İctimaiyyətlə Əlaqələr üzrə meneceri Vüsal Səfərli ABŞ ordusunun təqaüddə olan polkovniki Liam Kollins və mayor Con Spenser həmmüəllifi olduqları “Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə” (The War for Karabakh: Strategy, Technology, and Victory) kitabının təqdimat mərasimində iştirak edib.

Təqdimat mərasimi Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi (BMTMM) və Bakı Kitab Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib. Kitabda Qarabağ münaqişəsinin tarixi kökləri və Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbəsini şərtləndirən əsas amillər təhlil olunur.

Təqdimat zamanı müəlliflər nəşrin hazırlanma prosesi, əsas tədqiqat istiqamətləri və gəldikləri nəticələr barədə ətraflı məlumat veriblər. Tədbirdən sonra amerikalı müəlliflərin iştirakı ilə media brifinqi keçirilib.

Oxşar yazılar

Xəbər

Murad Muradov İyan Bond ilə görüşüb

5 noyabr 2026-cı il tarixində Topçubaşov Mərkəzinin direktor müavini Murad Muradov Londonda və Brüsseldə fəaliyyət göstərən Avropa İslahatları Mərkəzinin (Centre for European Reform) direktor müavini İyan Bond ilə görüşüb. Görüş zamanı Azərbaycan-Böyük Britani...

7 noyabr 2026

Xəbər

Murad Muradov "RUSI"-ni ziyarət edib edib

2 noyabr 2026-cı il tarixində Topçubaşov Mərkəzinin direktor müavini Murad Muradov Böyük Britaniyanın və dünyanın ilk beyin mərkəzi olan "Royal United Services Institute"-u (RUSI) ziyarət edib. O, institutun Beynəlxalq Təhlükəsizlik Araşdırmaları qrupunun nüma...

3 noyabr 2026

Xəbər

Murad Muradov Belçikada keçirilən forumda çıxış edib

27 oktyabr 2026-cı il tarixində Topçubaşov Mərkəzinin direktor müavini Murad Muradov Brüsseldə keçirilən “Azərbaycan və Avropa İttifaqı: Yeni perspektivlər” mövzulu Azərbaycan–Avropa İttifaqı Beyin Mərkəzləri Forumunda iştirak edib. Forum Beynəlxalq Münasibətl...

28 oktyabr 2026

Xəbər

Rusif Hüseynov Ramsfeld təqaüdü ilə ABŞ-da səfərdədir

13 oktyabr 2026-cı il tarixində Rusif Hüseynov ABŞ-da Ramsfeld Fondunun təşkil etdiyi CAMCA təqaüd proqramına başlayıb. Bu proqram çərçivəsində Vaşinqtonda yerləşən siyasətçilər, beyin mərkəzləri və ekspertlər ilə görüş nəzərdə tutulur. 2008-ci ildə təsis edil...

19 oktyabr 2026

Xəbər

Murad Muradov Fransada keçirilən konfransda çıxış edib

14 oktyabr 2026-cı il tarixində Topçubaşov Mərkəzinin direktor müavini Murad Muradov Fransanın Beynəlxalq və Strateji Münasibətlər İnstitutu (IRIS) tərəfindən Parisdə təşkil olunan “Azərbaycan və onun geosiyasi mühiti: çağırışlar və perspektivlər” adlı konfran...

15 oktyabr 2026

Xəbər

Polşa səfiri Topçubaşov Mərkəzini ziyarət edib

9 oktyabr 2026-cı il tarixində Polşa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Pavel Radomski və katib Sezari Skotçilas Topçubaşov Mərkəzini ziyarət ediblər. Qonaqları Mərkəzin direktoru Rusif Hüseynov qəbul edib. Görüş zama...

9 oktyabr 2026

Xəbər

Estoniya nümayəndə heyəti Topçubaşov Mərkəzini ziyarət edib

8 oktyabr 2026-cı il tarixində Estoniya Respublikasının Parlament nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində Topçubaşov Mərkəzini ziyarət edib. Dörd nəfərdən ibarət nümayəndə heyətinə Estoniyanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli...

8 oktyabr 2026