Topçubaşov Mərkəzinin direktor müavini Murad Muradov 13-14 may 2025-ci il tarixlərində Finlandiyanın Helsinki şəhərində keçirilən Cənubi Qafqaz regional dialoq toplantısında iştirak edib. Görüşdə müharibədən sonrakı barışıq səyləri və regionda geosiyasi transformasiyalar müzakirə olunub.
Mərkəz Azərbaycan siyasətçisi, diplomat və mütəfəkkir Əlimərdan bəy Topçubaşovun (1865–1934) adını daşıyır.








