Bu gün, fevralın 6-da Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma Topçubaşov Mərkəzini ziyarət edib və təşkilatın direktoru Rusif Hüseynov ilə görüşüb. Görüş zamanı tərəflər Azərbaycan-Macarıstan ikitərəfli münasibətləri, regional proseslər və Səfirlik ilə Topçubaşov Mərkəzi arasında əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Mərkəz Azərbaycan siyasətçisi, diplomat və mütəfəkkir Əlimərdan bəy Topçubaşovun (1865–1934) adını daşıyır.








