Bu gün, 24 yanvar 2025-ci il tarixində Kolumbiya səfirliyinin Andres Felipe Giraldo Lopesin başçılıq etdiyi nümayəndə heyəti Topçubaşov Mərkəzini ziyarət etmişdir. Nümayəndə heyətinin Mərkəz rəhbərliyi ilə görüşündə tərəflər humanitar və sosial sahələrdə əməkdaşlıq yollarını müzakirə etmişlər.
Mərkəz Azərbaycan siyasətçisi, diplomat və mütəfəkkir Əlimərdan bəy Topçubaşovun (1865–1934) adını daşıyır.








