Topçubaşov Mərkəzi
Xəbər 1 dəq. oxu

Gülxanım Məmmədova ATƏT-in Qadınların Sülh Liderliyi Proqramının bağlanış tədbirində iştirak edib

Gülxanım Məmmədova ATƏT-in Qadınların Sülh Liderliyi Proqramının bağlanış tədbirində iştirak edib
Dərc olunub

Məqaləni dinlə Süni intellekt səsi ilə

Topçubaşov Mərkəzinin əməkdaşı Gülxanım Məmmədova 2023-cü ilin noyabr ayında başlayan və bu ilin 5-6 noyabr tarixində bağlanış tədbiri ilə yekunlaşan ATƏT-in Qadınların Sülh Liderliyi Proqramını uğurla tamamlayıb. İki il əvvəl ATƏT-in sabiq Baş katibi Helqa Maria Şmid tərəfindən başladılan bu təşəbbüsün artıq ikinci qrup iştirakçıları məzun oldular. 

Gülxanım proqram çərçivəsində fərdi kouçinq və mentorluq sessiyaları, beynəlxalq əlaqələr və sülh quruculuğu sahəsində tanınmış qadınlar tərəfindən təlimlərdə, aprel ayında Avstriyada keçirilən bir həftəlik vasitəçilik üzrə təlim və bağlanış tədbirində iştirak edib. Bağlanış tədbiri zamanı Gülxanım Ermənistandan olan iştirakçı ilə birlikdə qrup adından birgə çıxış ediblər və belə təşəbbüslərin vacibliyini bir daha vurğulayıblar.

Oxşar yazılar

Xəbər

Murad Muradov İyan Bond ilə görüşüb

5 noyabr 2026-cı il tarixində Topçubaşov Mərkəzinin direktor müavini Murad Muradov Londonda və Brüsseldə fəaliyyət göstərən Avropa İslahatları Mərkəzinin (Centre for European Reform) direktor müavini İyan Bond ilə görüşüb. Görüş zamanı Azərbaycan-Böyük Britani...

7 noyabr 2026

Xəbər

Vüsal Səfərli kitab təqdimat mərasimində iştirak edib

3 noyabr 2026-cı il tarixində Topçubaşov Mərkəzinin Kommunikasiya və İctimaiyyətlə Əlaqələr üzrə meneceri Vüsal Səfərli ABŞ ordusunun təqaüddə olan polkovniki Liam Kollins və mayor Con Spenser həmmüəllifi olduqları “Qarabağ uğrunda müharibə: Strategiya, texnol...

3 noyabr 2026

Xəbər

Murad Muradov "RUSI"-ni ziyarət edib edib

2 noyabr 2026-cı il tarixində Topçubaşov Mərkəzinin direktor müavini Murad Muradov Böyük Britaniyanın və dünyanın ilk beyin mərkəzi olan "Royal United Services Institute"-u (RUSI) ziyarət edib. O, institutun Beynəlxalq Təhlükəsizlik Araşdırmaları qrupunun nüma...

3 noyabr 2026

Xəbər

Murad Muradov Belçikada keçirilən forumda çıxış edib

27 oktyabr 2026-cı il tarixində Topçubaşov Mərkəzinin direktor müavini Murad Muradov Brüsseldə keçirilən “Azərbaycan və Avropa İttifaqı: Yeni perspektivlər” mövzulu Azərbaycan–Avropa İttifaqı Beyin Mərkəzləri Forumunda iştirak edib. Forum Beynəlxalq Münasibətl...

28 oktyabr 2026

Xəbər

Rusif Hüseynov Ramsfeld təqaüdü ilə ABŞ-da səfərdədir

13 oktyabr 2026-cı il tarixində Rusif Hüseynov ABŞ-da Ramsfeld Fondunun təşkil etdiyi CAMCA təqaüd proqramına başlayıb. Bu proqram çərçivəsində Vaşinqtonda yerləşən siyasətçilər, beyin mərkəzləri və ekspertlər ilə görüş nəzərdə tutulur. 2008-ci ildə təsis edil...

19 oktyabr 2026

Xəbər

Murad Muradov Fransada keçirilən konfransda çıxış edib

14 oktyabr 2026-cı il tarixində Topçubaşov Mərkəzinin direktor müavini Murad Muradov Fransanın Beynəlxalq və Strateji Münasibətlər İnstitutu (IRIS) tərəfindən Parisdə təşkil olunan “Azərbaycan və onun geosiyasi mühiti: çağırışlar və perspektivlər” adlı konfran...

15 oktyabr 2026

Xəbər

Polşa səfiri Topçubaşov Mərkəzini ziyarət edib

9 oktyabr 2026-cı il tarixində Polşa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Pavel Radomski və katib Sezari Skotçilas Topçubaşov Mərkəzini ziyarət ediblər. Qonaqları Mərkəzin direktoru Rusif Hüseynov qəbul edib. Görüş zama...

9 oktyabr 2026