Noyabrın 17-də Topçubaşov Mərkəzi İtaliyanın Limes Geosiyasət Məktəbinin Məzunlar Klubunun üzvləri tərəfindən ziyarət edilib. Qonaqları qarşılamış Rusif Hüseynov və Simona Skotti həm Mərkəz haqqında məlumat vermiş, həmçinin Cənubi Qafqaz geosiyasətini və Azərbaycan-İtaliya münasibətlərindən danışmışdır. Görüş italiyalı müsafirlərin çoxsaylı sualları ilə davam etmişdir.
Mərkəz Azərbaycan siyasətçisi, diplomat və mütəfəkkir Əlimərdan bəy Topçubaşovun (1865–1934) adını daşıyır.











