Topçubaşov Mərkəzi
Xəbər 1 dəq. oxu

İş elanı: beynəlxalq münasibətlər üzrə mütəxəssis

İş elanı: beynəlxalq münasibətlər üzrə mütəxəssis
Dərc olunub

Məqaləni dinlə Süni intellekt səsi ilə

Topçubaşov Mərkəzi beynəlxalq münasibətlər üzrə mütəxəssis qəbulu elan edir!

 

Vəzifə və öhdəliklər:

- Həvalə olunmuş region/tematika üzrə hadisə və prosesləri gündəlik əsasda izləmək;

- Analitik rəy, məqalə və hesabatlar yazmaq, eləcə də Mərkəzin video-kontentinin hazırlanmasında iştirak etmək;

- Müraciət olunduğu təqdirdə digər media orqanları, beyin mərkəzləri, təşkilat və şirkətlərə müsahibələr vermək, eləcə də yerli və beynəlxalq tədbirlərdə Mərkəzi təmsil etmək.

 

Tələblər:

- Beynəlxalq münasibətlər, siyasi elmlər, regionşünaslıq, təhlükəsizlik, siyasi iqtisad, beynəlxalq hüquq və ya digər əlaqəli sahələr üzrə ali təhsil;

- Araşdırma, analitik yazı və təqdimat bacarıqları;

- Azərbaycan və ingilis dillərində səlis yazı və danışıq qabiliyyəti (əlavə olaraq rus, fransız, alman və digər Avropa dillərini bilənlərə üstünlük veriləcək);

- Komandada işləmək bacarığı, təşəbbüskarlıq və inkişaf üçün motivasiya;

- MS Office, Google Drive və onlayn axtarış sistemləri üzrə təcrübə.

 

20-30 yaş qrupuna aid olan və aşağıdakı istiqamətlər üzrə ixtisaslaşmış namizədlərə üstünlük veriləcək:

- Avropa İttifaqı institutları və mexanizmləri, eləcə də Şərq Qonşuluğu siyasəti;

- Beynəlxalq hökumət və qeyri-hökumət təşkilatlarının fəaliyyəti;

- “Şərq Tərəfdaşlığı”, xüsusilə Cənubi Qafqaz regionunda hərbi-siyasi təhlükəsizlik məsələləri.

Əmək haqqı iş rejimi və sahə üzrə təcrübədən asılı olaraq namizədlə razılıq əsasında müəyyən ediləcək.

Maraqlanan şəxslərin “Mövzu” bölməsində vakansiyanın adını qeyd etməklə öz tərcümeyi-halını (CV) və yazı nümunələrini (mövcud olduğu təqdirdə) [email protected] ünvanına göndərmələri xahiş olunur.

 

Yalnız müsahibəyə dəvət edilən namizədlərlə əlaqə saxlanılacaq.

Son müraciət tarixi: 15 dekabr 2023

Oxşar yazılar

Xəbər

Murad Muradov İyan Bond ilə görüşüb

5 noyabr 2026-cı il tarixində Topçubaşov Mərkəzinin direktor müavini Murad Muradov Londonda və Brüsseldə fəaliyyət göstərən Avropa İslahatları Mərkəzinin (Centre for European Reform) direktor müavini İyan Bond ilə görüşüb. Görüş zamanı Azərbaycan-Böyük Britani...

7 noyabr 2026

Xəbər

Vüsal Səfərli kitab təqdimat mərasimində iştirak edib

3 noyabr 2026-cı il tarixində Topçubaşov Mərkəzinin Kommunikasiya və İctimaiyyətlə Əlaqələr üzrə meneceri Vüsal Səfərli ABŞ ordusunun təqaüddə olan polkovniki Liam Kollins və mayor Con Spenser həmmüəllifi olduqları “Qarabağ uğrunda müharibə: Strategiya, texnol...

3 noyabr 2026

Xəbər

Murad Muradov "RUSI"-ni ziyarət edib edib

2 noyabr 2026-cı il tarixində Topçubaşov Mərkəzinin direktor müavini Murad Muradov Böyük Britaniyanın və dünyanın ilk beyin mərkəzi olan "Royal United Services Institute"-u (RUSI) ziyarət edib. O, institutun Beynəlxalq Təhlükəsizlik Araşdırmaları qrupunun nüma...

3 noyabr 2026

Xəbər

Murad Muradov Belçikada keçirilən forumda çıxış edib

27 oktyabr 2026-cı il tarixində Topçubaşov Mərkəzinin direktor müavini Murad Muradov Brüsseldə keçirilən “Azərbaycan və Avropa İttifaqı: Yeni perspektivlər” mövzulu Azərbaycan–Avropa İttifaqı Beyin Mərkəzləri Forumunda iştirak edib. Forum Beynəlxalq Münasibətl...

28 oktyabr 2026

Xəbər

Rusif Hüseynov Ramsfeld təqaüdü ilə ABŞ-da səfərdədir

13 oktyabr 2026-cı il tarixində Rusif Hüseynov ABŞ-da Ramsfeld Fondunun təşkil etdiyi CAMCA təqaüd proqramına başlayıb. Bu proqram çərçivəsində Vaşinqtonda yerləşən siyasətçilər, beyin mərkəzləri və ekspertlər ilə görüş nəzərdə tutulur. 2008-ci ildə təsis edil...

19 oktyabr 2026

Xəbər

Murad Muradov Fransada keçirilən konfransda çıxış edib

14 oktyabr 2026-cı il tarixində Topçubaşov Mərkəzinin direktor müavini Murad Muradov Fransanın Beynəlxalq və Strateji Münasibətlər İnstitutu (IRIS) tərəfindən Parisdə təşkil olunan “Azərbaycan və onun geosiyasi mühiti: çağırışlar və perspektivlər” adlı konfran...

15 oktyabr 2026

Xəbər

Polşa səfiri Topçubaşov Mərkəzini ziyarət edib

9 oktyabr 2026-cı il tarixində Polşa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Pavel Radomski və katib Sezari Skotçilas Topçubaşov Mərkəzini ziyarət ediblər. Qonaqları Mərkəzin direktoru Rusif Hüseynov qəbul edib. Görüş zama...

9 oktyabr 2026