Topçubaşov Mərkəzinin tədqiqatçısı Məhəmməd Məmmədov 15 avqust tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Alman Akademik Mübadilə Xidmətinin (DAAD) birgə təşkil etdiyi yay məktəbində çıxış edib. Post-neft dövrü mövzusuna həsr olunmuş proqramın ümumi gündəliyinə uyğun olaraq Məhəmməd Məmmədov iştirakçılara dəyişən geosiyasi reallıqlar kontekstində Azərbaycanın nəqliyyat siyasəti və onun qeyri-neft sektorunun inkişafında rolu barədə məlumat verib.
Mərkəz Azərbaycan siyasətçisi, diplomat və mütəfəkkir Əlimərdan bəy Topçubaşovun (1865–1934) adını daşıyır.











