Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov Yunanıstana səfəri çərçivəsində bu ölkənin media nümayəndələri və ekspertləri ilə görüşlər keçirir. Belə görüşlərdən biri də Yunanıstanın ən böyük beyin mərkəzi ELİAMEP-in ofisində Dr. Panayota Manoli və həmin quruma qısamüddətli tədqiqata gəlmiş Prof. Kıvanç Ulusoy ilə baş tutmuşdur. Tərəflər hazırda Cənubi-Şərqi Avropa və post-sovet məkanında baş verən prosesləri müzakirə etmiş və əməkdaşlıq barəsində fikir mübadiləsi aparmışlar.
Mərkəz Azərbaycan siyasətçisi, diplomat və mütəfəkkir Əlimərdan bəy Topçubaşovun (1865–1934) adını daşıyır.








