“Çapar” dərgisi və Topçubaşov Mərkəzinin birlikdə nəşr etdikləri Əlimərdan bəy Topçubaşovun “Azərbaycanın Təşəkkülü” adlı kitabı işıq üzü görüb. Kitab ilk dəfə 6 oktyabr tarixində Bakı Ekspo Mərkəzi və Əl oyunları sarayındakı sərgi-yarmarkalarda oxucuların ixtiyarına veriləcək.
Mərkəz Azərbaycan siyasətçisi, diplomat və mütəfəkkir Əlimərdan bəy Topçubaşovun (1865–1934) adını daşıyır.








