Topçubaşov Mərkəzi
Xəbər 1 dəq. oxu

Topçubaşov esse müsabiqəsi 2021

Topçubaşov esse müsabiqəsi 2021
Dərc olunub

Məqaləni dinlə Süni intellekt səsi ilə

Topçubaşov Mərkəzi may ayının 4-də Azərbaycanın görkəmli dövlət xadimi Əlimərdan bəy Topçubaşovun ad gününə həsr olunmuş esse müsabiqəsi elan edir. Müsabiqə son bir il yarım ərzində baş verən müxtəlif və bir o qədər də əlaqəli hadisələrin fonunda gələcək mütəxəssislərin öz yanaşmalarını ifadə etməsinə dəstək vermək məqsədilə təşkil olunur.      

İkinci dəfə keçiriləcək müsabiqədə həm ölkə daxilində, həm də xaricdə yaşayan və təhsil alan Azərbaycan vətəndaşlarının regional və qlobal proseslərə, ilk növbədə, Qarabağ müharibəsi, pandemiya və digər tarixi hadisələrin siyasi, iqtisadi və digər cəhətlərdən təsirləri ilə bağlı təhlilləri qəbul ediləcək.

Azərbaycan vətəndaşlarının iştirakı üçün seçilmiş mövzularda ilin ən əsas hadisələri kimi pandemiyanın ölkələrə göstərdiyi təsirlər və Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalarda digər qüvvələrin təsiri ilə yanaşı, son illər gündəmdə olan Qərb təsir vasitələrinin həm daxili problemlər, həm də güclərin artan qüdrəti kimi məsələlər də nəzərdə tutulmuşdur: 

1.    İkinci Qarabağ müharibəsinin regional və qlobal sistemə təsiri 
2.    “COVID-19” və qlobal siyasət: pandemiyadan sonra dünya necə görünəcək?
3.    Təkqütblü dünyadan regionallaşmaya: regional güclərin yüksəlişi 
4.    Populist cərəyanlar, onların daxili siyasətdə və beynəlxalq münasibətlərdə rolu
5.    Qlobal nizamsızlıq: 10 il sonra dünya siyasətinin konturlarını necə görürsünüz?

Esse müsabiqəsində 35 yaşa qədər Azərbaycan vətəndaşları iştirak edə bilər. Göstərilən 5 mövzudan birini seçərək öz yanaşmanızı 2500 sözdən artıq olmayan esse halında, Azərbaycan, ingilis və ya rus dilində yaza və tərcümeyi-halınızla birgə [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.

Ən yaxşı üç essenin hər birinin müəllifinə 300 manat məbləğində mükafat təqdim olunacaq. 

Esselərin qəbul müddəti: 4 may 2021 – 31 avqust 2021 

 

Oxşar yazılar

Xəbər

Murad Muradov İyan Bond ilə görüşüb

5 noyabr 2026-cı il tarixində Topçubaşov Mərkəzinin direktor müavini Murad Muradov Londonda və Brüsseldə fəaliyyət göstərən Avropa İslahatları Mərkəzinin (Centre for European Reform) direktor müavini İyan Bond ilə görüşüb. Görüş zamanı Azərbaycan-Böyük Britani...

7 noyabr 2026

Xəbər

Vüsal Səfərli kitab təqdimat mərasimində iştirak edib

3 noyabr 2026-cı il tarixində Topçubaşov Mərkəzinin Kommunikasiya və İctimaiyyətlə Əlaqələr üzrə meneceri Vüsal Səfərli ABŞ ordusunun təqaüddə olan polkovniki Liam Kollins və mayor Con Spenser həmmüəllifi olduqları “Qarabağ uğrunda müharibə: Strategiya, texnol...

3 noyabr 2026

Xəbər

Murad Muradov "RUSI"-ni ziyarət edib edib

2 noyabr 2026-cı il tarixində Topçubaşov Mərkəzinin direktor müavini Murad Muradov Böyük Britaniyanın və dünyanın ilk beyin mərkəzi olan "Royal United Services Institute"-u (RUSI) ziyarət edib. O, institutun Beynəlxalq Təhlükəsizlik Araşdırmaları qrupunun nüma...

3 noyabr 2026

Xəbər

Murad Muradov Belçikada keçirilən forumda çıxış edib

27 oktyabr 2026-cı il tarixində Topçubaşov Mərkəzinin direktor müavini Murad Muradov Brüsseldə keçirilən “Azərbaycan və Avropa İttifaqı: Yeni perspektivlər” mövzulu Azərbaycan–Avropa İttifaqı Beyin Mərkəzləri Forumunda iştirak edib. Forum Beynəlxalq Münasibətl...

28 oktyabr 2026

Xəbər

Rusif Hüseynov Ramsfeld təqaüdü ilə ABŞ-da səfərdədir

13 oktyabr 2026-cı il tarixində Rusif Hüseynov ABŞ-da Ramsfeld Fondunun təşkil etdiyi CAMCA təqaüd proqramına başlayıb. Bu proqram çərçivəsində Vaşinqtonda yerləşən siyasətçilər, beyin mərkəzləri və ekspertlər ilə görüş nəzərdə tutulur. 2008-ci ildə təsis edil...

19 oktyabr 2026

Xəbər

Murad Muradov Fransada keçirilən konfransda çıxış edib

14 oktyabr 2026-cı il tarixində Topçubaşov Mərkəzinin direktor müavini Murad Muradov Fransanın Beynəlxalq və Strateji Münasibətlər İnstitutu (IRIS) tərəfindən Parisdə təşkil olunan “Azərbaycan və onun geosiyasi mühiti: çağırışlar və perspektivlər” adlı konfran...

15 oktyabr 2026

Xəbər

Polşa səfiri Topçubaşov Mərkəzini ziyarət edib

9 oktyabr 2026-cı il tarixində Polşa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Pavel Radomski və katib Sezari Skotçilas Topçubaşov Mərkəzini ziyarət ediblər. Qonaqları Mərkəzin direktoru Rusif Hüseynov qəbul edib. Görüş zama...

9 oktyabr 2026