Murad Muradov Barselonada keçirilən illik “Beyin Mərkəzləri haqqında” konfransında iştirak edib
22-23 may tarixlərində Topçubaşov Mərkəzinin direktor müavini Murad Muradov Barselonadakı “OTT” (Beyin Mərkəzləri haqqında) beyin mərkəzlərinin illik konfransında iştirak edib. Konfrans çərçivəsində beyin mərkəzlərinin siyasətin formalaşması üçün əhəmiyyəti, rəqəmsal medianın rolu, sosial məsuliyyəti, gələcək perspektivləri və digər əlaqəli mövzular müzakirə edilib. Murad Muradov konfrans zamanı müxtəlif ölkələrdə fəaliyyət göstərən təşkilat rəhbərləri və tədqiqatçıları ilə bir sıra əlaqələr qurub.
Topçubaşov Mərkəzi həmçinin öz kommunikasiya strategiyalarını təkmilləşdirməyə çalışan və ictimaiyyətə təsirini artırmaq istəyən beyin mərkəzləri üçün olan OTT-nin bu ilki "Impact Plus" mükafatına namizədlərdən biri kimi seçilmişdir. Bu müsabiqədə İtalyan-Alman "Apropos", Braziliya Veredas İnstitutu, İsveçrənin "Polylat" və İspaniyanın "FARO" kimi təşkilatlar da iştirak edib.