Murad Muradov RUSI-ni ziyarət edib

Murad Muradov RUSI-ni ziyarət edib

İyulun 12-də Topçubaşov Mərkəzinin direktor müavini Murad Muradov müdafiə və təhlükəsizlik üzrə dünyanın ən qədim və Britaniyanın əsas beyin mərkəzi olan Kral Birləşmiş Xidmətlər İnstitutunu (RUSI) ziyarət edib və İnstitutun Beynəlxalq Təhlükəsizlik Araşdırmaları üzrə direktoru Dr. Nil Melvin (Neil Melvin) ilə görüşüb. Görüşdə Cənubi Qafqazdakı mövcud siyasi vəziyyət, Qarabağın münaqişədən sonrakı perspektivləri və təşkilatlar arasında mümkün əməkdaşlıq yolları müzakirə olunub.