Topçubaşov Mərkəzi ilə CGSS arasında memorandum imzalanıb
16 noyabr 2021-ci il tarixində İslamabadda yerləşən Qlobal və Strateji Araşdırmalar Mərkəzinin (CGSS) üzvü və ADA Universitetində qonaq tədqiqatçı olan Dr. Aşfaq Əhməd Topçubaşov Mərkəzinin ofisinə səfər edib, Rusif Hüseynov və Simona Skotti ilə görüşüb.
Tərəflər həm fərdi, həm də institusional səviyyədə əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Birgə tədqiqat layihələri həyata keçirmək, müştərək konfranslar təşkil etmək, tədqiqatçı mübadiləsi proqramlarını təşkil etmək və digər fəaliyyətlər vasitəsilə qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı gücləndirmək məqsədilə Topçubaşov Mərkəzi ilə CGSS arasında Anlaşma Memorandumu Hüseynov və Dr. Əhməd tərəfindən imzalanıb.