Belarusda siyasi həyat dəyişir

Belarusda siyasi həyat dəyişir

Foto: Mariya Kolesnikova, Svetlana Tixanovskaya və Veronika Tsepkalo mətbuat konfransında. Minsk, Belarus, 17 iyul 2020. (AP Photo)

Hal-hazırda Belarusda yeni siyasi qüvvənin yaranması kimi tarixi hadisəyə şahidlik edirik. İki əsas müxalif namizəd daxil olmaqla yüzlərlə insanın həbs edilməsinə və Rusiyanın “Vaqner” Qrupu üzvləri tərəfindən terror təhdidi iddiaları kimi təxribatlara baxmayaraq, iqtidar “üç döyüşkən qadın”ın – prezidentliyə namizəd Svetlana Tixanovskaya, namizədliyinə icazə verilməyən Valeri Tsepkalonun həyat yoldaşı Veronika və həbs edilmiş Viktor Babarikonun seçki kampaniyasının rəhbəri Mariya Kolesnikovanın özünəməxsus təşviqat kampaniyasının və onlara xalq dəstəyinin qarşısını almaqda acizdir.

Tixanovskaya həyat yoldaşı – “Yutub” kanalında minlərlə izləyicisi olan populyar blogger Sergeyin həbsindən sonra istəmədəyi halda seçki kampaniyasına qoşuldu. Lukaşenkonu “tarakan” adlandırmış Sergey öz dəstəkçilərinə müraciətində keçirilən yürüşlərə adətən böcəkləri öldürmək üçün istifadə edilən başmaqlar gətirmək çağırışı etmişdi. Bununla belə seçki dövrünün əvvəllərində qeyri-rəsmi sorğular “Belqazprom Bank”ın keçmiş rəhbəri Babarikonun aparıcı namizəd kimi prezident Aleksandr Lukaşenkodan xeyli irəlidə olduğunu göstərirdi.

Lukaşenko tarakan bənzətməsi ilə yanaşı həm də müxalifət tərəfindən keçirilmiş onlayn sorğunun nəticəsinə uyğun “Saşa 3%” ləqəbi də qazanıb. Açıq şəkildə diqqət yetirməməsinə baxmayaraq, prezident iyun ayının sonlarında ictimaiyyətlə görüşərkən belə ifadələrin onda qıcıq yaratdığını bildirmişdi.

Bəs baş verən hadisələrə necə yanaşmalıyıq? Və 9 avqust seçkilərindən sonra nə dəyişə bilər?

1994-cü ildəki ilk prezident seçkiləri ilə hakimiyyətə gəlmiş Lukaşenkonun sonrakı seçkilərdə də qələbələr qazanması üçün müəyyən vasitələr yaratmışdır: yaxın müttəfiqi Lidiya Yermoşinanın sədrlik etdiyi Mərkəzi Seçki Kommisiyası üzərində güclü nəzarət, rəqiblərin kampaniyalarının təcrid olunmuş televiziya kanalları ilə və və yürüşlərin Minskin ucqar əraziləri ilə məhdudlaşdırılması və əvvvəlcədən müəyyənləşdirilmiş seçki nəticələri. Əvvəllər belə addımlar onsuz da rəqiblərdindən xeyli populyar olan Lukaşenkonun  ümumi səs sayının artırılması üçün atılırdı. 2020-ci ildə isə vəziyyət artıq dəyişib. Bu yerdə sual yaranır: niyə?

Əvvəlcə, o, 3 il əvvəl yarım ildən artıq işsiz olan şəxslərin vergiyə cəlb olunmasını nəzərdə tutan “Parazit Qanunları” ilə özünə qarşı narazılıq yaratdı. Bəzi şəhərdə spontan etirazlar baş tutdu və nəticədə qanun “yoxa çıxdı”.

2019-cu ilin aprelində baş verən ikinci hadisəyə də rəsmi və qeyri-rəsmi kilsə üzvləri daxil olmaqla çoxları tərəfindən sərt şəkildə qarşı çıxıldı. Minks yaxınlığında Stalin qurbanlarının (1937-1941) anım məkanı kimi qəbul edilən Kurapatıda taxta xaçların yerləşdirilməsindən narahat olan iqtidar 100-ə yaxın xaçın oradan götürülməsi barədə qərar verdi və bütün ərazini hasara aldı.

Bütün bunlardan daha çox qəzəbə səbəb olan üçüncü hadisə isə prezidentin koronavirus pandemiyasını “psixoz” adlandıraraq onu qəbul etməməsi və əhalini qorumaq məqsədilə heç bir tədbir görməməsi idi. Lukaşenko həmin vaxt istehza ilə insanları saunaya getməyə və ya kənd yerlərində traktor sürməyə çağırmışdı. Şəhərlər və qəsəbələr özləri müxtəlif tədbirlər görsələr də, təxminən 70 min sakini virusa yoluxmuş və 550 insan vəfat etmişdir (ölüm sayının da şübhəli şəkildə aşağı göstərilməsi qeyd olunmalıdır). 

Göstərilən səbəblərlə yanaşı prezidentin populyarlığının azalmasına təsir edən səbəblərdən biri də yüksək mənfəət əldə etmək üçün Rusiyadan alınan neft və qazın güzəştli qiymətlərin  dayandırması ilə aşağı düşən həyat şəraitidir. Qısası, Belarus iqtisadi çətinliklər yaşayır və prezident bunun qarşısını almaqda aciz görünür. O, şirkətləri özəlləşdirmək niyyətində deyil, seçki ərəfəsində kifayət qədər proqressiv Kabineti buraxıb və kampaniyası boyunca Rusiya ilə əlaqəli özəl banklara hücumlar edib. Yüksək Texnologiyalar Parkı və informasiya texnologiyaları sahəsindəki nəzərəçarpan inkişafı isə daha çox Lukaşenkonun siyasi rəqibi Tsepkaloya aid edirlər. Sonuncu yaxın zamanlarda həbs olunacağını güman etdiyindən uşaqları ilə birlikdə Rusiyaya yollanıb.

Bununla belə, aparıcı aktivistlərlə yanaşı əsas seçki rəqiblərinin də tutulması, insanların toplanması üçün yerlərin təqdim edilməməsi və real müxalifətin siyasi cəhətdən təcrübəsiz Tixanovskayaya qədər məhdudlaşdırılması qaçılmaz qələbə üçün zəmin hazırlamışdı. Lukaşenko qadın prezident ehtimalını istehza ilə qarşılamış və namizədlərin qeydə alınması prosedurunda hərbi xidmət keçməyin vacibliyini Konstitusiyaya düzəlişlə kimi təklif edəcəyini bildirmişdi.

Lakin hadisələr başqa məcraya yönəldi. Tixanovskaya gün keçdikcə daha güclü namizədə çevrilir: o, sakit, lakin inandırıcı görünüşə malikdir, sadə xalqın nümayəndəsi kimi, özü də arxetipik populist prezidentdən daha populist kimi görünür. Əvvəlcə o, hakimiyyətdə gözünün olmadığını, həbs olunmuş namizədlər azad olunduqda yeni seçki keçirilməsi arzusunu, həmçinin qorxduğunu ifadə etmişdi. Bununla belə, Tixanovskayanın ictimai fəaliyyəti onun hal-hazırda həyat yoldaşı və Babariko da daxil olmaqla digər namizədlərdən daha populyard olduğunu göstərir.

Onun mitinqləri çox sayda insanı cəlb edir. Bu mitinqlərin kulminasiya nöqtəsi isə 30 iyulda Minskdə keçirilən yürüşdü; bu yürüş Sergey Tixanovski ilə əlaqələndirilən terror təhdidi iddialarına baxmayaraq, leqal şəkildə keçirilmiş, 60 minlik kütlənin qarşısında sadə köynəyi və mavi cinsi ilə dayanan Svetlana isə bu iddiaları rədd etmişdi. Mitinqdə həm müxaliflərin ağ-qırmızı-ağ bayrağı, həm də rəsmi yaşıl-qırmızı bayraq dalğalandırılırdı. O, Belarus dilində də çıxış etsə də, nitqinin böyük hissəsi rusca idi. Başqs sözlə, digər iki qadın silahdaşı ilə birlikdə Tixanovskaya mümkün ən geniş auditoriyaya müraciət etdi.

31 iyulda o, Rusiya aviasiya bazasının yerləşdiyi Lida şəhərində həftənin son mitinqini keçirdi: bu tədbir Minsk mitinqinin miqyasında olmasa da, eyni dərəcədə təsirli alındı. Bundan əlavə, Tixanovskaya “Yutub”dakı müraciətində Lukaşenkonu təkbətək debata çağırsa da, bunun baş tutması ehtimalı azdır. Hazırkı şərtlərlə 9 avqustda Lukaşenkonın 70%-dən çox səs toplaması da eyni dərəcədə çətin olacaq.

Bu, Lukaşenkonun hakimiyyətdən uzaqlaşdırılacağı demək deyil. Lakin aydındır ki, o, populyarlığını itirib və artıq bu faktı gizlədə bilmir. Müxalif hərəkatın isə seçkilərdən sonra da davam edəcəyi gözləniləndir.