İlahə Çıraqova
Tədqiqatçı
İlahə Çıraqova Bakı Dövlət Universitetində həm bakalavr, həm də magistr dərəcələrinə, Estoniyanın Tartu Universitetində isə ikinci magistr dərəcəsinə yiyələnib. O, eyni zamanda, ABŞ və Hollandiyanın bir sıra elmi jurnallarında çalışaraq, elmi məqalələrə rəy vermə (peer-review) prosesində iştirak edir. 2019-2022 illərdə Çıraqova Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində aparıcı məsləhətçi, eyni zamanda “Caucasus International” və “Caucasus Strategic Perspective” jurnallarında rəyçi vəzifəsində çalışıb. Onun tədqiqat sahələri Qafqaz regionunu, yaddaş və din siyasətini əhatə edir.