Tural Həsənqarayev
Ekspert
Tural Həsənqarayev müstəqil tarixçidir. Bakalavr təhsilini Lənkəran Dövlət Universitetində mühəndis iqtisadiyyatı üzrə almışdır. Səlcuq universitetinin Tarix bölümünün məzunudur. Magistr işi "1939-1945-ci illərdə SSRİ-Türkiyə" münasibətləridir. Əsas araşdırma mövzuları XX əsr Rusiya imperiyasındakı siyasi proseslər, Sovet Sosialist Respublikasının formalaşması və onun Azərbaycanda həyata keçirdiyi siyasi tədbirlər, Sovet İttifaqının dağılmasından sonra Azərbaycanda baş verən siyasi proseslər, Qarabağ müharibəsi və digər mövzulardır.