Bağla

Oğul Tuna
Ekspert

Oğul Tuna 2019-cu ildə Qalatasaray Universitetinin Beynəlxalq Əlaqələr Fakültəsindən məzun olub. O, hazırda Science Po Lille Universitetində Münaqişələr və İnkişaf ixtisası üzrə magistr tələbəsidir. Oğul 2020-ci ilin yanvar ayında "EDAM" düşüncə mərkəzinə tədqiqatçı köməkçisi kimi qatılıb. Türk, ingilis, Azərbaycan və fransız dillərini mükəmməl, fars, rus və alman dillərini orta səviyyədə bilir. Diqqət mərkəzini postsovet ölkələri və Yaxın Şərqə yönəldən Tuna xüsusilə beynəlxalq qarşıdurmalar və miqrasiya, Türkiyənin xarici, təhlükəsizlik və müdafiə siyasəti, eyni zamanda siyasi tarixi ilə maraqlanır.