Gülxanım Məmmədova
Tədqiqatçı
Gülxanım Məmmədova Cənubi Qafqaz üzrə ixtisaslaşmış tədqiqatçıdır və eyni zamanda sülh quruculuğu sahəsində fəal iştirak edir. O, siyasət təhlili və münaqişələrin transformasiyası sahələrinin kəsişməsində beş ildən artıq təcrübəyə malikdir. Gülxanım Ankara Sosial Elmlər Universitetində Sülh və Münaqişə Tədqiqatları üzrə magistr və San Dieqo Universitetində Münaqişə Təhlili və Mediasiya üzrə sertifikat proqramlarının məzunudur. O, həmçinin ATƏT-in Gənc Ekspertlər Qrupunun üzvüdür. Onun tədqiqat maraqlarına münaqişə dinamikası, kimliklərin formalaşması və gender məsələləri daxildir. Gülxanım sülh quruculuğu fəaliyyətində Gənclər, Sülh və Təhlükəsizlik və Qadınlar, Sülh və Təhlükəsizlik (WPS) gündəmlərinə uyğun təşəbbüslərin hazırlanması və həyata keçirilməsi ilə məşğul olur.