Anar Vəliyev
Ekspert
Dr. Anar Vəliyev ADA Universitetinin dosentidir. O, 1999-cu ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin bakalavr dərəcəsini və 2001-ci ildə həmin universitetin Tarix fakültəsinin magistr dərəcəsini almışdır. 2001-2003-cü illərdə Bluminqtonda yerləşən İndiana Universitetində Şəhər və İctimai Əlaqələr Məktəbində dövlət siyasəti oxumuş və ikinci magistr dərəcəsini burada almışdır. 2007-ci ildə Luisvill Universitetində Şəhər və İctimai Əlaqələr Məktəbində dissertasiyasını uğurla müdafiə edərək, Şəhər və İctimai Əlaqələr üzrə doktorluq dərəcəsi almışdır.
2007-2008-ci illərdə Çexiyanın Brno şəhərində Masarik Universitetinin Sosial Tədqiqatlar fakültəsində dosent vəzifəsində çalışmışdır. 2008-ci ildə ADA Universitetinə daxil olub və hazırda İctimai və Beynəlxalq Əlaqələr fakültəsinin dekanıdır. Onun təcrübə sahələrinə postsovet respublikalarının dövlət siyasəti, demokratiya və idarəetmə, şəhərsalma və planlaşdırma daxildir.
Doktor Vəliyev çoxsaylı resenziyalı məqalələrin müəllifidir və onun tədqiqat işləri "Problems of Post Communism", "Eurasian Geography and Economics", "Cultural Geographies", "Cities, Urban Geography" kimi jurnallarda dərc edilmişdir.