Səriyyə Bünyatova

Ekspert

Səriyyə Bünyatova ticarət siyasəti və tənzimlənməsi sahəsində mütəxəssisdir. Ticarətlə əlaqəli texniki yardım layihələrində məsləhətçi olaraq çalışır. Həmçinin Azərbaycandakı ali məktəblərin birində Beynəlxalq İqtisadi Hüquq üzrə dərslər verir.

Səriyyə hüquq üzrə bakalavr dərəcəsini Azərbaycanda və ticarət və investisiya hüququ üzrə magistr dərəcəsini Fransada almışdır. Yerli hüquq şirkətlərində və Ümumdünya Ticarət Təşkilatında (İsveçrə) iş təcrübəsi əldə etmişdir.

Onun maraq dairəsinə çoxtərəfli ticarət danışıqları, regional iqtisadi inteqrasiya prosesləri, kənd təsərrüfatı üzrə ticarət və bazara çıxış siyasəti, rəqəmsal ticarətin tənzimlənməsi, habelə beynəlxalq ticarət əlaqələrinin müasir problemləri daxildir.

Copyright © Top-center.org