Topçubaşov Mərkəzi
Ekspert rəyi 1 dəq. oxu

Liviyada yeni keçid hökumət və geosiyasi proseslər

Liviyada yeni keçid hökumət və geosiyasi proseslər
Cavidan Əhmədxanlı Expert Dərc olunub

Məqaləni dinlə Süni intellekt səsi ilə

Ötən cümə günü BMT-nin vasitəçiliyi Liviyanın siyasi elitası və qəbilə rəhbərlərinin səsverməsi əsasında yeni keçid hökuməti seçilib. Nəticələr son dərəcə sürpriz hesab edilə bilər: Keçid hökuməti prezidentliyinə Məhəmməd əl-Mənfi, baş nazirliyinə isə Əbdülhəmid Dibeybe seçilib. Liviya prosesinin ən öndə gələn fiqurlarından olan Türkiyə dəstəkli Fəthi Başağa və Paris-Qahirə ikilisinin dəstəklədiyi Akila Salih isə kənarda qalıb.

Bir çoxları Türkiyənin son prosesdən qazanclı çıxdığını bildirir. “Müsəlman qardaşları” ilə biznes əlaqələrinin olduğu bildirilən yeni baş nazir Dibeybe ilk açıqlamasında Türkiyə dost və qardaş kimi, ən böyük ortaq kimi qeyd edib. Digər maraqlı məqam Dibeybenin Türkiyənin nəzarətində olan Misrata bölgəsindən olmasıdır.

Lakin hələ ki, ciddi bir nəticə çıxarmaq tezdir. Yeni hökumət 3 günə kabinet formalaşdırmalı, həmin kabinetə də 3 həftə sonra Həftərin himayəsində olan Nümayəndələr Məclisi etimad göstərməlidir. Keçid hökumətinin 10 ay sonra, dekabrda ümumxalq seçkilərin keçirilməsini təmin etməlidir.

Ona görə də, deyə bilərik ki, əslində hələ ki, heç kimin udmağı və uduzmadığı bir situasiyada BMT-nin vasitəçiliyi və Liviyanın daxili aktorları tərəfindən seçilən hökumətə bütün xarici aktorlar müsbət reaksiya göstərir. Ancaq son proses Liviyada maraqlı olan xarici qüvvələr arasında orta yol qurulduğu mənasına gəlmir.

 

Oxşar yazılar

Ekspert rəyi

Ermənistanın Avropa gələcəyi?

2025-ci ilin Brüssel və İrəvan arasında məhsuldar olduğunu demək olar. Belə ki, hələ bu ilin martında Ermənistan parlamenti ölkənin Avropa İttifaqına (Aİ) üzvlük istəyini bəyan edən qanun qəbul etmişdi. Noyabrda isə Avropa Komissiyası Ermənistan rəsmilərinə Vi...

Gülxanım Məmmədova, 10 dekabr 2025

Ekspert rəyi

13 iyun hücumu: şərh

Üzr istəyirik, lakin bu məqalə yalnız ingiliscə mövcuddur.

Murad Muradov, 13 iyun 2025