Bağla

Rəşad Həsənov

Ekspert

Rəşad Həsənov Azərbaycan Dövlət İqtisad Universitetinin Xüsusi İstedadlar Qrupunun məzunudur. O, magistr dərəcəsini İqtisadi və Maliyyə Sektorlarının İdarə edilməsi ixtisası üzrə Şotlandiyanın Qlazqo Universitetindən, doktorantura təhsilini isə İqtisadiyyat ixtisası üzrə Avstraliyanın Dikin Universitetindən alıb. Azərbaycan Mərkəzi Bankında, Avstraliyanın Viktoriya Ştatının Maliyyə Departamentində, Dünya Bankının Sidney ofisində müxtəlif vəzifələrdə çalışmışdır. Hazırda ADA Universitetinin Biznes məktəbində iqtisadiyyat üzrə dərs deyir.