Simona Skotti Qafqazşünas alim Pommye ilə görüşüb

Simona Skotti Qafqazşünas alim Pommye ilə görüşüb

Noyabrın 24-də Topçubaşov Mərkəzinin tədqiqatçısı Simona Skotti La Sapienza universtietinin tədqiqatçısı və yeni nəşr olunan “Şuşa - Azərbaycanın mədəniyyət paytaxtı” kitabının müəllifi Daniel Pommier Vinçelli ilə görüşüb.

Qafqaz üzrə ən yaxşı italyan ekspertlərdən biri olan cənab Pommier Ermənistan və Azərbaycan arasındakı münaqişəyə dair bir çox nəşrlərin müəllifi olmaqla, sonuncu kitabını Azərbaycan mədəniyyətinin beşiyinə həsr edib.

Görüş zamanı ümumi maraq sahələrində əməkdaşlıq imkanları müzakirə edilib, görüşün sonunda isə cənab Pommier son kitabının bir nüsxəsini Topçubaşov Mərkəzinin ofisinə təqdim edib.